Ukraynada daha bir yüksək vəzifəli istefa verdi

ukraynada-daha-bir-yuksek-vezifeli-istefa-verdi
Oxunma sayı: 1439

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov istefa verib.

“Qafqazinfo” xəbər verir ki, Şuranın məlumatına görə, Turçinov istefasını onu bu vəzifəyə təyin edən Petro Poroşenkonun postundan getməsi ilə əlaqələndirib. 

O, əlavə edib ki, ölkəni bundan sonra da hərbi xidmətdə müdafiə etməyə hazırdır. 

Qeyd edək ki, Turçinov 2014-cü ildə Ali Radanın Spikeri olub. Dövlət çevrilişindən sonra Poroşenko vəzifəsinin icrasına başlayana qədər prezidentin səlahiyyətlərini icra edib. 

Bu, Ukraynada yaxın günlərdə vəzifəsindən istefa verən ikinci yüksək vəzifəli məmurdur. Daha əvvəl Xarici İşlər naziri Pavel Klimkin postunu tərk etmək qərarını bəyan etmişdi.