Ukraynada ən uzun tramvay istifadəyə verildi - Fotolar + Video

ukraynada-en-uzun-tramvay-istifadeye-verildi
Oxunma sayı: 2560

Odessa şəhərində Ukraynanın ən uzun tramvayı istifadəyə verilib.

“Qafqazinfo”nun “Kanal 24”ə istinadən məlumatına görə, o, eyni anda 280-dək sərnişin daşımaq gücünə malikdir. Tramvayın uzunluğu 30 metrdən bir az çoxdur.

Nəqliyyat vasitəsi Odessada “Odesqorelektrtrans”da yığılıb. Bu növ nəqliyyat tezliklə şəhərin bütün tramvay marşrutları üzrə sınaqdan keçiriləcək.