Ukraynada erməni ittifaqının rəhbərinə sui-qəsd olub

ukraynada-ermeni-ittifaqinin-rehberine-sui-qesd-olub
Oxunma sayı: 1168

Ukraynada erməni ittifaqının rəhbəri Artaşes Sarqsyana qarşı sui-qəsd törədilib.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ittifaqın vitse-prezidenti Rudolf Akopyan məlumat verib. Onun sözlərinə görə, insident Zaparoje vilayətində Şevçenko bulvarında baş verib. Bildirilir ki, Sarqsyan avtomobilindən düşən zaman atəşə tutulub. Bu zaman cangüdəni onu qorumaq üçün qabağa atılıb və qarnından yaralanıb. İttifaq rəhbəri isə gizlənmək üçün ofisə qaçıb. 

Hadisənin səbəbini bilmədiklərini söyləyən Akopyan “Biz sui-qəsdin nə ilə əlaqəli olduğunu bilmirik. İttifaqımızın üzvləri qeyri-qanuni fəaliyyət göstərmirlər. Görünür, biz şəhərdə kimlərisə narahat edirik”-, deyib.

Aysel Kərimova