“Ukraynada “Eurovision” yüksək səviyyədə təşkil olunmuşdu” - Yan Ola Sand

ukraynada-eurovision-yuksek-seviyyede-teskil-olunmusdu
Oxunma sayı: 643

“Ukrayna tərəfindən “Eurovision” yarışması yüksək səviyyədə təşkil olunmuşdu. Hər il biz istər nəqliyyat, istərsə də təhlükəsizlik və digər məsələlərlə bağlı narazılıqlar eşidirdik. Lakin, Kiyevdəki müsabiqə olduqca qüsursuz keçdi. Biz heç bir problem yaşamadıq”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Eurovision” Mahnı Müsabiqəsinin icraçı direktoru Yan Ola Sand Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdə deyib.

Prezident Pyotr Poroşenko isə Rusiyanın Ukraynanın şərqindəki aqressiyası fonunda belə bir müsabiqənin təşkilinin asan olmadığını deyərək, təşkilatçıları təbrik edib: “Eurovision 2017” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması münasibəti ilə hər kəsi təbrik edirəm. Bu bütün komandanın qalibiyyəti və uğurudur”.

Yarışmanın icraçı prodüseri Pavel Qriçak həm jurnalistlərin, həm də iştirakçılarla fanatların Ukraynada özlərini çox yaxşı hiss etdiyini qeyd edib.

Qeyd edək ki, bu ilki yarışmanın qalibi İtaliya təmsilçisi Salvador Sobral olub.