Ukraynada hərbi anbarda partlayış - 10 min insan evakuasiya edildi

ukraynada-herbi-anbarda-partlayis
Oxunma sayı: 1496

Ukraynada hərbi anbarda partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb. Hadisənin gecə saat 3 radələrində İçnya şəhəri yaxınlığındakı anbarda baş verdiyi bildirilir.

Partlayış bölgəsindən 20 kilometr radiusda yerləşən ərazilərdə qatarların və avtomobillərin hərəkəti dayandırılıb, hava məkanı bağlanıb. Bundan başqa İçnya ərazisində və Rusiya ilə sərhəd boyunca məhdudlaşdırıcı tədbirlər görülüb.  Ukrayna Fövqəladə Hallar xidmətinin məlumatına görə, ərazidən 10 minə yaxın insan evakuasiya olunub. İtki barədə hələlik məlumat yoxdur.

***

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanan hərbi anbarda təxminən 88 min ton silah-sürsat var. 

Aysel Kərimova