Ukraynada insan alveri edən azərbaycanlı tutuldu

ukraynada-insan-alveri-eden-azerbaycanli-tutuldu
Oxunma sayı: 3289

Ukraynada insan alverində ittiham olunan azərbaycanlı saxlanılıb.

“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-i il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb. 

Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan rədbiri seçilib.

O, başçılıq etdiyi dəstə ilə birgə 50-ə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur.