Ukraynada nazirliyin saytını dağıdıb, 10 saat vaxt verdilər

ukraynada-nazirliyin-saytini-dagidib-10-saat-vaxt-verdiler
Oxunma sayı: 939

Naməlum şəxslər Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinin saytını dağıdıblar.

“Qafqazinfo” xəbər verir ki, hakkerlər saytı blokdan çıxarmaq üçün 0,1 bitkoin (təxminən 930 dollar) tələb edirlər. 

Hazırda saytdakı bir çox fayllara giriş mümkün deyil. Hakkerlər saytın bərpası üçün nazirliyə 10 saat vaxt veriblər. Lakin nazirlik yeni domen adreslə yenidən  fəaliyyətini davam etdirir.