Ukraynada prezidentliyə real namizəd bəlli oldu

ukraynada-prezidentliye-real-namized-belli-oldu
Oxunma sayı: 1847

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski keçirilmiş sorğuya əsasən seçki marafonuna liderlik edir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, sorğu ölkənin bütün regionlarında aparılıb. Ukraynalıların 34%-i səsini Zelenskiyə verməyə hazırdır. Belə olan halda “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ilə prezident Petro Poroşenko reytinq cədvəlində geriləyir. Seçicilərin 14,22%-i Poroşenkonu, 12,9%-i Timoşenkonu dəstəkləyir.

Qeyd edək ki, prezident seçkiləri martın 31-də keçiriləcək.