Ukraynada reabilitasiya kursu keçəcəklər

ukraynada-reabilitasiya-kursu-kececekler
Oxunma sayı: 646

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, nazirliyin 2013-cü ilin 18-22 fevral tarixlərində Ukraynada təcrübə səfərində olan bir qrup əməkdaşı ilə adıgedən klinikanın rəhbərliyi arasında bununla bağlı razılıq əldə olunub.

Səfər zamanı Nazirliyin əməkdaşları Beynəlxalq bərpa müalicəsi klinikasının iş təcrübəsi, burada aparılan reabilitasiya metodları ilə yaxından tanış olublar. Tanışlıq zamanı bildirilib ki, bu vaxtadək klinikada dünyanın 60 ölkəsindən, o cümlədən Almaniya, İsveçrə, Fransa, ABŞ-dan ümumilikdə 40 mindən çox sağlamlıq imkanları məhdud uşaq reabilitasiya kursu keçib və yüksək nəticələr əldə edilib.

Onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat vəsaitin ayrılması bu sahədə işlərin görülməsi üçün mühüm stimul rolunu oynayır.