Ukraynada rus jurnalist öldürüldü

ukraynada-rus-jurnalist-olduruldu
Oxunma sayı: 1347

Rus jurnalist Arkadi Babçenko Ukrayanın paytaxtı Kiyevdə öldürülüb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə şəhərin Dneprovski bölgəsindəki Nikolsko-Slobodksya küçəsində qeydə alınıb.

Belə ki, polisə bir nəfərin yaralı olduğu barədə məlumat daxil olub. Dərhal hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib. 

Həkimlərin bütün cəhdlərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.