Ukraynada seçicilərin 13,61 faizi səs verib - Yenilənib

ukraynada-secicilerin-1361-faizi-ses-verib
Oxunma sayı: 1750

Ukraynada növbədəkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, saat 08:00-da açılan seçki məntəqələri saat 20:00-da işini yekunlaşdıracaq. Seçkilərdə 24 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3222 nümayəndə qeydə alınıb. Deputatlar korpusunun yarısı (225 nəfər) partiya siyahısı üzrə, digər yarısı isə majoritar dairələrdən seçiləcək.

Seçkilərə Rusiyadan və ATƏT-dən olan müşahidəçilər buraxılmayıb.

***

Son saatlara olan məlumata görə, seçicilərin 13,61%-i səsvermədə iştirak edib. Hazırda 30 minədək seçki məntəqəsində səsvermə keçirilir.