Ukraynada səslərin 100 faizi hesablandı - Son rəqəmlər açıqlandı

ukraynada-seslerin-100-faizi-hesablandi
Oxunma sayı: 1579

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunda səslərin 100 faizinin hesablandığını açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə xəbər verir ki, son nəticəyə əsasən Vladimir Zelenski səslərin 73,22 faizini, Petro Poroşenko isə 24,45 faizini toplayıb.

Rəsmi nəticələr 1 maya qədər elan ediləcək.