Ukraynada səslərin 99,85 faizi hesablanıb

ukraynada-seslerin-9985-faizi-hesablanib
Oxunma sayı: 859

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunda səslərin 99,85 faizinin (18 milyon 458 min 438 səs) hesablandığını açıqlayıb.

“Qafqazinfo” Ukrayna Milli Xəbər Agentliyinə istinadən xəbər verir ki, hazırkı nəticəyə əsasən Vladimir Zelenski səslərin 73,22 faizini (13 milyon 516 min 124 səs), Petro Poroşenko isə 24,46 faizini (4 milyon 515 min 132 səs) toplayıb.