Ukraynada xalq yenidən sandıq başında - İkinci tur keçirilir + Yenilənib

ukraynada-xalq-yeniden-sandiq-basinda
Oxunma sayı: 1607

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turuna start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu turda hazırkı prezident Petro Poroşenko və komediya ustası Vladimir Zelenski mübarizə aparır.

Xatırladaq ki, 31 martda baş tutmuş birinci turda heç bir namizəd 50 faizi keçə bilmədiyi üçün ikinci turun keçirilməsinə ehtiyac yaranıb. Zelenski 30,24 faiz, Poroşenko isə 15,95 faiz səs toplamışdı.

***

Seçki 20 beynəlxalq təşkilat və 21 xarici ölkədən 2700 rəsmi qeydiyyatdan keçmiş müşahidəçi tərəfindən monitorinq olunur.

***

Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 11:00-a qədər seçici fəallığı 10,2 faiz təşkil edib.

***

Saat 15:00-a olan nəticəyə görə, ilkin hesablamalara əsasən seçici fəallığı 47,87 faiz təşkil edib.