Ukraynadakı azərbaycanlı fəxri konsula hücum olub

ukraynadaki-azerbaycanli-fexri-konsula-hucum-olub
Oxunma sayı: 2749

 

Ötən gün axşam saatlarında Çerniqov şəhərinin mərkəzində yerləşən Fəxri Konsulluğa hücum edən maskalı şəxslər qapı-pəncərələri daş-qalaq edib, şüşələri sındırıblar.

 Hadisə zamanı V. Əliyev ofisdə olsa da, xəsarət almayıb, mühafizəçilər və yerli hüquq-mühafizə orqanlarının köməyi ilə hücum dəf edilib.

 Hadisəni törədənlərin kimliyi ilə bağlı araşdırma aparılır, hadisə nəticəsində xəsarət alan olmayıb.  

 Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov isəAPA-ya bildirib ki, Ukrayna vətəndaşı, Çerniqov sakini olan iş adamı V. Əliyev 2008-ci ildən Rusiyanın fəxri konsuludur.