Ukraynadakı seçkiləri MSK-dan izləyən olmayacaq

ukraynadaki-seckileri-msk-dan-izleyen-olmayacaq
Oxunma sayı: 716


Ukraynadakı seçkiləri 2 min 784 rəsmi müşahidəçi izləyəcək, onlardan 19-u beynəlxalq təşkilatların müşahudəçiləridir, 19 xarici ölkədən isə seçkini 302 nəfər izləyəcək. 

Azərbaycanın Mərkəzi Sekçki Komissiyasının mətbuat xidmətindən ANS PRESS-ə bildirldilər ki, gərgin iş qrafiki olduğundan Ukraynada keçirilən seçkiləri Azərbaycan MSK-dan izləyən olmayacaq. Miilli Məclisin mətbuat xidmətindən də sualımızı cavablandıraraq bildirdilər ki, Ukraynada keçirilən prezident seçkilərində Azərbaycan-Ukrayrayna Dostluq qrupuna daxil olan deputatlar da yəqin ki, iştirak etməyəcəklər. Çünki bu barədə siyahı hələ onlara təqdim olunmayıb.

Bu arada Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey İvanov da jurnalistlərə bildirib ki, Ukraynada keçirilən seçkilərə müşahidəçi göndərməyəcəklər.