Ukraynalı deputatlar efirdən sonra əlbəyaxa oldular - Video

ukraynali-deputatlar-efirden-sonra-elbeyaxa-oldular
Oxunma sayı: 1606

Ukrayna Ali Radasının deputatları əlbəyaxa olublar. “Qafqazinfo” xəbər verir ki, insident deputatlar Sergey Melniçukla Dmitri Linko arasında Ukrayna telekanalının efirindən sonra yaşanıb. 

Münaqişə Melniçukun hələ 2015-ci ildə “Radikal partiyası” fraksiyasından uzaqlaşdırılması ilə bağlı aparılan müzakirə zamanı yaşanıb. 

Deputatlar hələ efir vaxtı bir-biriləri ilə gərgin dialoqda olublar. Melniçuk həmkarını efirdə vurmağa çalışsa da, aparıcı buna mane olub. Proqramdan sonra isə planını həyata keçirə bilib. 

Linko bildirib ki, polisə ərizə yazmaq fikri yoxdur, lakin burnu bütün hallarda qırılıb: “Melniçukun qanun qarşısında cavab verməsi üçün hər şeyi edəcəm. Ancaq indi evə, yatmağa gedirəm”.