Ukraynalı əsgərlər komandiri öldürüblər

ukraynali-esgerler-komandiri-oldurubler
Oxunma sayı: 1010

Ukraynalı əsgərlər öz komandirlərini öldürüblər. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə qondarma Donetsk Xalq Respublikasının (DXR)  Əməliyyat Komandanlığının rəsmi nümayəndəsi Eduard Basurin bildirib.

Onun sözlərinə görə, hadisə martın 6-da olub. Belə ki, birinci batalyonun leytenantı gecə yoxlanışı zamanı 5 hərbçinin içki içdikdən sonra yatdıqlarını aşkarlayıb. Komandirin xəbərdarlığından sonra iki serjant əsəbləşdiyindən ona atəş açaraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.