Ukraynalı hərbçilərin həbs müddəti uzadıldı

ukraynali-herbcilerin-hebs-muddeti-uzadildi
Oxunma sayı: 735

Kerç boğazında tutulan ukraynalı dənizçilərdən 8-nin həbs müddəti daha 3 ay uzadılıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, belə bir qərar Lefortova məhkəməsi tərəfindən qəbul edilib. Rusiya sərhədlərini pozmaqda ittiham olunana dənizçilər aprelin 24-dək həbsdə qalacaq. Boqdan Qolovaş, Sergey Popov, Andrey Şevçenko, Vladimir Tereşenko məhkəmədə hakimin suallarına cavab verməkdən imtina ediblər. 

Xatırladaq ki, noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Rusiya sərhədlərini pozması iddiası ilə girov götürülüb.