Ukraynalı jurnalistlərə etiraz edildi

ukraynali-jurnalistlere-etiraz-edildi
Oxunma sayı: 685


Diasporla İş üzrə dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Ukraynanın “1+1” televiziya kanalının jurnalistləri Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və Azərbaycanın əleyhinə veriliş hazırlaması ilə əlaqədar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu kanal rəhbərliyinə rəsmi olaraq öz etirazını bildirib. 

Təşkilatın sədri Hikmət Cavadovun imzaladığı etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma respublikaya səfəri pislənilir, Azərbaycana qarşı yönəlmiş, cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğunu vurğulanır.

Xatırladaq ki, Ukraynanın “1+1” telekanalının jurnalistləri “15 respublik” verilişinin növbəti buraxılışını hazırlamaq üçün 2014-cü il noyabrın 23-də Xankəndində olublar.  Azərbaycan və Ermənistan Respublikalarının  hazırkı vəziyyətindən bəhs edən verilişin  Xankəndində aparılmış çəkilişlərində Azərbaycana qarşı fikirlər - guya azərbaycanlıların erməniləri amansızcasına öldürməsi, Qarabağdakı erməni kilsələrinin guya azərbaycanlılar tərəfindən dağıdılması kimi cəfəng iddialar səslənib.

Murad