Ukraynanın baş naziri istefa verdi

ukraynanin-bas-naziri-istefa-verdi
Oxunma sayı: 1808

Ukraynanın baş naziri Vladimir Qroysman istefa verib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, o, bu qərarı yeni seçilmiş prezident Vladimir Zelenskinin Ukrayna xalqına etdiyi müraciətdə hökumətin istefaya getməli olduğunu dediyindən sonra verib. Qroysmanın qərarı avtomatik olaraq bütün kabinetin səlahiyyətlərinin yekunlaşması deməkdir.

"Mən hökumətin çərşənbə günü keçirilən iclasından sonra istefa vermək qərarına gəldim", - deyə Qroysman Kiyevdə brifinq zamanı deyib.