Ukraynanın baş naziri istefaya gedir

ukraynanin-bas-naziri-istefaya-gedir
Oxunma sayı: 1388

Ukraynanın baş naziri Vladimir Qroysman istefaya gedir.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, baş nazir çərşənbə günü Nazirlər Kabinetinin iclasından sonra vəzifəsini tərk edəcək. Bu barədə Qroysman özü brifinqdə deyib. Onun sözlərinə görə, prezident Zelenski hökumətun istefası çağırışını etməklə gələcək bütün məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, Vladimir Zelenski Ali Radadakı çıxışı zamanı hökumətə səslənərək “siz qələm və kağız götürüb gələcək seçkiləri deyil, gələcək nəsilləri düşünən namizədlər üçün öz yerinizi tərk edə bilərsiniz” çağırışını etmişdi.