Ukraynanın çeçen qəhrəmanı öldürüldü - Fotolar

ukraynanin-cecen-qehremani-olduruldu
Oxunma sayı: 3105

Bir neçə ay öncə Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda itiham edilmiş çeçenistanlı Adam Osmayevə hücum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum silahlı şəxslər Ukraynanın paytaxtı Kiyev yaxınlığında onun və həyat yoldaşı Amina Okueyvanın olduğu avtomobili gülləbaran ediblər.

Nəticədə Adam Osmayev yaralanıb, başından vurulan Amina isə ölüb.

Qeyd edək ki, A.Okuyeva Rusiyapərəst üsyançılara qarşı vuruşduğu üçün Ukraynada qəhrəman statusuna sahib idi.