Ukraynanın hərbi hissəsi ruslara təslim oldu- - Video

ukraynanin-herbi-hissesi-ruslara-teslim-oldu-
Oxunma sayı: 9471


“Qafqazinfo” xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatına Sudak şəhərindəki hərbiçilər verib. 

Təslim olanların zenit raket və radiotexnika hərbi hissələri olduğu bildirilib. Onların bütün silahlarının artıq rus hərbiçilərinin əlində olduğu deyilib.    

Başqa bir məlumata əsasən isə Feodisiya və Sudakın dəniz piyadaları təslim olmaqdan imtina ediblər. Onlar artıq rus hərbçiləri ilə baş verə biləcək döyüşə hazırlaşdıqlarını vurğulayıblar. Döyüşlərə aktiv şəkildə Krım tatarları və ehtiyatda olan zabitlərin də hazırlaşdığı söylənilib.    

Qeyd edək ki, Perevalno kəndində yerləşən Ukrayna ordusuna aid 39-cı alaya Rusiya xüsusi təyinatlıları tərəfindən yarım saat sonra hücum olunması nəzərdə tutulub. Hərbi hissədən verilən məlumata görə, alayın komandiri son ana qədər döyüşmək haqqında əmr verib. Axar.az