Ukraynanın taleyi həll olunur + - Yenilənib

ukraynanin-taleyi-hell-olunur-
Oxunma sayı: 1361


“Qafqazinfo” xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi tvitter hesabında görüşün artıq başladığını və Donbassda sülhün əldə olunması istiqamətində mübarizənin davam etdiyini bildirib. Danışıqlar prosesində Putin və Poroşenko ilə yanaşı Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Böyük Britaniyanın baş naziri Devid Kameron, İtaliya baş naziri Matteo Rentsi, həmçinin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Avropa Şurasının prezidenti German Van Rompey də iştirak edir. 

***

Milanda keçirilən Asiya-Avropa sammitinin nəticələrinə dair İtaliya baş naziri jurnalistlərə açıqlama verib: “Biz Ukrayna ilə bağlı müzakirələrdə önəmli addım atdıq. Hesab edirik ki, Rusiyanı beynəlxalq problemlərin həllinə qoşmaq vacibdir”. 

Baş nazir Rentsi Ukrayna böhranının həlli yollarının perspektivinə dair optimist əhval ruhiyyədədir: “Biz bu gün Ukraynadakı situasiyanı müzakirə etmək üçün görüşdük. Diskussiyalarda ilk addım atıldı, lakin bir çox fikir ayrılıqları da mövcuddur. Bu aydındır, lakin həlli yolunu tapmaq arzusu var ki, bu da həll yollarını tapmağa ümid verir”.

Putin isə Ukrayna prezidenti Petr Poroşenko ilə keçən 1,5 saatlıq görüşü “yaxşı, pozitiv” - deyə şərh edib.