Ulduz futbolçu azadlıqdan məhrum edildi - Təcavüzə görə

ulduz-futbolcu-azadliqdan-mehrum-edildi
Oxunma sayı: 2463

Braziliyalı futbolçu Robinyo “Milan”da forma geyindiyi vaxt – 22 dekabr 2013-cü ildə 22 yaşlı alban qıza təcavüz edən 6 nəfərdən biri olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə 33 yaşlı futbolçuya 9 il həbs cəzası verib.

Qeyd edək ki, karyerası ərzində “Santos”, “Real Madrid”, “Mançester Siti” və “Milan”da oynayan Robinyo hazırda “Atletio Mineyro” klubunda forma geyinir.