Ulduz futbolçu Kəbəni ziyarət etdi - Video

ulduz-futbolcu-kebeni-ziyaret-etdi
Oxunma sayı: 3179

“Mançester Yunayted” və Fransa millisinin ulduzu Pol Poqba Ümrə ziyarəti edib.

“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Kəbənin ətrafında çəkdiyi videonu İnstaqram hesabında paylaşıb.

Poqba videoda bu sözləri söyləyib:

“Bura gələnlər necə hiss olduğunu anlaya bilərlər. Buranı görməmisinizsə, bir gün mütləq gəlin. Möhtəşəm yerdir. Duyğularımı sizə anlada bilmirəm. İnşallah, bura gələrsiniz”.

Poqbanın paylaşımı 3,8 milyondan çox izlənilib və 40 mindən çox şərh yazılıb.