Ulduz futbolçunu 4 illik həbs və 6 illik diskvalifikasiya gözləyir

Ulduz futbolçunu 4 illik həbs və 6 illik diskvalifikasiya gözləyir
Oxunma sayı: 1202

İngiltərənin “Mançester Yunayted” klubunun mərkəz müdafiəçisi Ander Errera 4 illik həbs və 6 illik diskvalifikasiya ilə cəzalandırıla bilər.

“Qafqazinfo” İngiltərə və İspaniya mətbuatına istinadən xəbər verir ki, onun adı İspaniyada danışılmış oyunlarda iştirakda hallandırılır. Hazırda bu məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Digər futbolçuların da iştirakçısı olduğu qalmaqalda hələlik başqa adlar açıqlanmır.

“The Daily Mail” nəşrinin iddiasına görə, araşdırmalar ilin sonuna kimi yekunlaşacaq. Məhkəmə isə ya bu ilin sonunda, ya da 2019-cu ilin əvvəlində yekun qərarını açıqlayacaq.

Xatırladaq ki, 28 yaşlı ispaniyalı futbolçu peşəkar karyerasına yetirməsi olduğu “Real Sosyedad”da başlayıb. 2011-ci ildən 2014-cü ilə qədər isə o, “Atletik”in formasını geyinib. Lakin onun konkret hansı komandanın heyətində, hansı oyunlara görə ittiham edildiyi açıqlanmır. İspaniya yığmasında da 1 oyun keçirmiş müdafiəçi MY-də 2014-cü ildən çıxış edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi