“Ulduz” mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil etdi - Fotolar

ulduz-metbuat-numayendelerinin-ovladlari-ucun-ekskursiya-teskil-etdi
Oxunma sayı: 649

“Ulduz”Şokolad Fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edib.

"Qafqazinfo" xəbər verir ki, ekskursiyada iştirak edən 7-15 arası olan uşaqlara şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunub, onlara şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat verilib. Bundan əlavə, mətbuat nümayəndələrinin övladları ilə istehsal sahəsi üzrə gəzinti təşkil edilib. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyiblər.

Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şərait yaradılıb.

Tədbirin sonunda uşaqlara “Ulduz” Şokolad Fabrikinin məhsulları hədiyyə olunub.

Qeyd edək ki, Avropanın ən müasir avadanlığı ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, ümumilikdə dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Fabrik “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Ridli”, “Wesley”, “Sweet” və digər məhsulların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb.