Ulduzlar Bakıya gəlir

ulduzlar-bakiya-gelir
Oxunma sayı: 650

Abdullayev bildirib ki, Almaniya, Hollandiya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan veteranlar Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ölkəmizə təşrif buyuracaqlar. Onlar ölkəmizin futbol veteranlarından ibarət komanda ilə yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

AFVİ sədrinin sözlərinə görə, artıq AFFA-dan da ilkin razılıq alınıb: “Baş katib Elxan Məmmədovla görüşüm oldu. O, belə bir təşəbbüsü məmnuniyyətlə dəstəklədi. Məmmədov veteran futbolçuların dəvət olunmasında əlindən gələn köməkliyi göstərəcəyinə söz verdi”.

Hələlik Bakıya gələcək veteran futbolçuların tərkibi müəyyənləşməyib. Amma Almaniya və Türkiyədən hərəyə 2, Hollandiyadan 1 “ulduz”un gəlişi gözlənilir. Futbol funksionerlərimiz vasitəçi qismində yığmamızın baş məşqçisi Berti Foqtsla “Bakı”nın sabiq baş məşqçisi Bülent Korkmazın xidmətlərindən yararlanmaq niyyətindədirlər. Veteranların əksəriyyəti postsovet məkanından dəvət ediləcəklər. Dünya yığmasının baş məşqçisi isə Foqts olacaq.

Qeyd edək ki, oyunun mayın ilk həftəsində Tofiq Bəhramov adına Respublika stadionunda təşkili gözlənilir.