Ulduzlar bir araya gəldi - Fotolar

ulduzlar-bir-araya-geldi-fotolar
Oxunma sayı: 935

“Qafqazinfo”nun məlumatına görə, keçirilən müsabiqədə makiyaj rəssamlarının modellər üzərində çəkdikləri qeyri-adi makiyaj üsullarını münsiflər heyəti-əsasən Xalq artisti Aygün Kazımova, tanınmış teleaparıcı Nəgiz Cəlilova və stilist Anar Ağakişiyev dəyərləndiriblər.

Tədbirdə tanımış simalardan - Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, müğənnilər Nura Suri, Dilarə Kazımova, teleaparıcı Rüfət Ağayev, prodüser Aysel Babayeva və başqaları iştirak edirdilər.

Onu da deyək ki, Bakıda vizaj ustalının müsabiqəsində münsif kürsüsundə iştirakçıları qiymətləndirən tanınmış stilist Anar Ağakişiyev müsabiqə üçün xüsusi kolleksiya hazirlayib. Anarın TAC adını verdiyi kolleksiyası maraqla qarşılanıb. Təbii saçlardan hazırladığı baş karkaslarının fərqli makiyajla tandemini yaradan Anarin kolleksiasi hamının diqqətini çəkib. Şou boyu ekstravaqant saç düzümülırində olan modellər modelyer Leyla Əhmədovanın kolleksiayasında yer alan geyimlərdə podiuma çıxıb. Qlobus formasında olub uzəri xüsusi led işıqlarla bəzədilmiş saç düzümü isə stilistin ən maraqlı işlərindən sayıla bilər. Belə ki saç düzümünün üzərində işıqlardan Azırbaycanın xəritəsi əks olunub. Bir aya yaxın sözügedən kolleksiya üzərində çalışan Anar yaxınlarda daha bir səs küylü layihəsini təqdim etməyə hazırlaşır. Bununla yanaşı Şəkinin regional televiyizası “Kanal S”də “Dəbin hökmü” proqramını aparan stilist yeniliklərini sözügedən proqramda da təqdim etməyi düşünür.

Aynur Babayeva