“Ulduzlar Liqasını qarşılayın” ilin ən yaxşı reklam çarxı seçilib

ulduzlar-liqasini-qarsilayin-ilin-en-yaxsi-reklam-carxi-secilib-
Oxunma sayı: 646

Bakcell-dən “Qafqazinfo”ya verilən məlumata görə, Mançester Yunayted ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gələn “Ulduzlar liqasını qarşılayın” reklam çarxı jurnalın ekspertlər qrupu tərəfindən və onlayn səsvermənin nəticələri ilə qalib seçilib.
Builki müsabiqənin iştirakçılarının sayı keçən ilkinə nisbətən bir qədər az olsa da, ilk yer uğrunda mübarizə gərgin olub. İki mərhələli səsvermə nəticəsində seçilən qalib çarx xallarının yarısını sosial mediadan toplanan oxucu səsləri, yarısını isə ekspertlərin rəyi əsasında toplayıb. Təqdim olunan reklam işlərinin yaradıcılarının müəyyən hissəsinin ekspertlər siyahısına da düşməsi səbəbilə onlardan öz işlədikləri şirkət və ya agentliyə səs verməmək şərti ilə 3 namizədə səs vermələri istənilib. Ekspertlər səsvermə zamanı kreativlik, istehsalat keyfiyyəti, effektivlik və sosial rəyi əsas 4 meyar kimi götürərək müsabiqənin qalibini seçdilər. Bakcell-in “Ulduzlar Liqasını ” reklam çarxı qeyd olunan meyarlara tam cavab verərək sosial media və ekspertlərin verdikləri toplam 21 xalla birinci yerin qalibi olub.
Qeyd edək ki, dünyaca ünlü “Mançester Yunayted” futbol komandası ilə tərəfdaşlıq müqaviləsini imzalayan Bakcell şirkəti Yunayted oyunçularını öz reklam çarxlarında çəkməklə Azərbaycan reklam bazarında daha bir yeniliyə imza atıb.
Mançester Yunayted ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayan Bakcell şirkəti MDB məkanında daha bir ilkə imza atdı. Mançester Yunayted ilə telekommunikasiya partnyorluğu statusunu əldə etməklə yanaşı Bakcell futbola etdiyi yatırımlarla dünyanın bir nömrəli idman növünü azərbaycanlılara bir qədər də yaxınlaşdırdı.
“Ulduzlar Liqasını Qarşılayın” – reklam çarxında çəkilən Mançester Yunayted-in ulduz futbolçuları Rio Ferdinand, Rayan Giggs, Patris Evra və digərləri Bakcell-in müştəri xidmətləri əməkdaşları kimi çıxış etməklə, həm öz azarkeşləri, həm də Bakcell abunəçiləri qarşısında yeni simada çıxış ediblər.
Qeyd edək ki, artıq 5-ci ildir ki, təşkil olunan və Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək məqsədi güdən bu layihənin keçən ilki qalibi də “Sür@ hədlərini aşaraq” adlı reklam çarxıyla məhz Bakcell şirkəti olub.