Ülkər Abdullayeva mükafat aldı

ulker-abdullayeva-mukafat-aldi
Oxunma sayı: 662

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyin sədri, Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin rəhbəri və Azərbaycanın istedadlı yazarlarından biri Ülkər Abdullayeva sözügedən müsabiqənin qalibi olub. Onun yazdığı “Hərəmizdə Azərbaycanı hiss edən bir ürək var, ürəklərimizi birləşdirək” şüarı səslərin 63.2%-ni toplayaraq 1-ci yerə layiq görülüb. Mükafatı azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Azərbaycana Baxış" FB Qrupunun adminləri Sənan Nəcəfov və Niyaməddin Orduxanlının iştirakı ilə təqdim edib.

Xatırladaq ki, müsabiqə 3 turda keçirilib. İlk turda təşkilatçılardan ibarət münsiflər heyəti çoxsaylı şüarların arasından 10 şüarı seçərək “Azərbaycana baxış” FB Qrupunda səsverməyə çıxarıb. Bunların arasından 3 ən çox səs toplamış şüar azvision.az saytının sorğu bölümündə səsverməyə qoyulub və Ülkər Abdullayevanın şüarı səslərin əksəriyyətini toplayıb.