Ülvi Həsənlinin məhkəməsi olacaq

Ülvi Həsənlinin məhkəməsi olacaq
Oxunma sayı: 1463

Noyabrın 4-də “Nida” Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənlinin məhkəməsi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ü.Həsənlinin vəkili Elçin Sadıqov bildirib ki, müvəkkili möhlət hüququ olmasına rəğmən hərbi xidmətə aparılarkən qeyri-insani, insan ləyaqətini alçaldan rəftara və işgəncəyə məruz qalıb. Məhkəmədən bu iddiların araşdırılması, Ülvi Həsənlinin prosesdə iştirakı və ekspertizadan keçirilməsi istənilib.

Şikayətə Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev baxacaq.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi