“Ümid edirəm, axşama qədər Afrin nəzarətə götürüləcək”

“Ümid edirəm, axşama qədər Afrin nəzarətə götürüləcək”
Oxunma sayı: 887

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrindəki son durumla bağlı açıqlamalar verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident “Zeytun budağı” hərəkatı çərçivəsində indiyə qədər 3444 terrorçunun öldürüldüyünü bildirib: “Afrinə bir az daha yaxınlaşdıq. Ümid edirəm ki, axşama qədər Afrinin mühasirəsi başa çatar. Əlbəttə, işimiz çətin deyil. Biz Qərb kimi mülki vətəndaşları vurmuruq”. 

Ərdoğan İraqda planlaşdırılan əməliyyatın anonsunu da verib: “Afrini də terrorçulardan təmizləyəcəyik, Münbiçi də, Fıratın şərqini də Şimali İraq sərhədinə kimi təmizləyəcəyik. Yaxın zamanda Şimali İraqı da terrorçuların başına uçuracağıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi