Ümid konfranslarını keçirməyə davam edir

umid-konfranslarini-kecirmeye-davam-edir
Oxunma sayı: 642

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycanın bütün bölgələrində keçirilən bu konfranslarda cari məsələlər müzakirə olunur və müvafiq dövr üçün hesabatlar dinlənilir, növbəti müddət üçün planlar müzakirə olunur və qurultaya nümayəndələr seçilir.

Dünən növbəti konfrans Tərtər şəhərində keçirilib, konfransda əvvəlcədən müəyyən edilmiş qaydaya əsasən dəvət olunmuş 32 partiya üzvü iştirak edib. Bu günki konfransın qarşısında duran əsas məqsədlərdən biri rayon təşkilatının sədrinin seçilməsi idi ki, majoritar səsvermə yolu ilə Əliyev Rəfail Ümid Partiyası Tərtər rayon təşkilatını sədri seçilib.

Konfrans iştirakçıları, icra və nəzarət təftiş komitələrinin hesabatlarını dinlədikdən sonra cari məsələlərin müzakirəsinə keçid alıblar. Cari məsələlər sırasında ölkənin sosial-siyasi atmosferi, regiondakı vəziyyət və Tərtər rayon sakinlərinin sosial-iqtisadi problemləri yer alıb. Eyni zamanda DSK larla və DSK da nümayəndələrlə bağlı uzun müzakirələr aparılıb. Sonda qurultaya 10 nəfər nümayəndə seçilib.

Nəzərinizə çatdıraq ki, regional konfranslar ildə bir dəfə olmaqla bütün regionlarda aparılır.