Ümid Partiyası İrandan tələb etdi

umid-partiyasi-irandan-teleb-etdi-
Oxunma sayı: 642

Qfqazinfonun məlumatına görə, bununl bağlı Ümid Partiyası bəyanat yayıb. Bəyüanatda bildirilir ki, aidiyyatı orqanlar nə ailəsinə, nə də ki, mətbuata Mehsa Mehdilinin həbs səbəbini və harda saxlandığı barədə acıqlama verməyib: “Türk olduğunu qorxmadan, qürurla bəyən edən Mehsa Mehdili (Mehdizadə) əsl Azərbaycan qadını, mərd xanımdır. Biz İran dövlətini anti türk siyasəti yürütməkdən, heç bir günahı olmayan insanları qanunsuz həbs etməkdən vaz keçməyə, Mehsa Mehdilini ən qısa müddətdə azadlığa buraxmağa çağırırıq. XXI əsrdə bu baş verənlər insan haqlarına, beynəlxalq hüquqa ziddir, vandallıqdır. Bütün bu baş verənləri milli zəmində insanlar arasında ayrı-seçkilik kimi qiymətləndirir olanlardan çox narahat olduğumuzu bildiririk. Ümid Partiyası Mehsa Mehdilinin (Mehdizadə) həbsini pisləyir, onun dərhal azadlığa buraxılmasını tələb edir. Eyni zamanda, bütün beynəlxalq ictimaiyyəti Mehsa Mehdilinin (Mehdizadə) hüquqlarının bərpa olunması uğrunda sona qədər mübarizə aparmağa çağırır”.