Ümid Partiyası nümayəndələrinin MnSK-da təmsil olunmasına problem yaradılır

umid-partiyasi-numayendelerinin-mnsk-da-temsil-olunmasina-problem-yaradilir
Oxunma sayı: 637

Bu barədə “Qafqazinfo”ya məlumat verən Ümid Partiyası sədrinin müavini Taleh Əliyev bildirdi ki, başqa Seçki Dairələrində MnSK-ın formalaşması prosesi getdiyi halda, 83 saylı Ağcabədi-Fizuli Seçki Dairəsində DSK –nın sədri Mübahir Nəsirovun “fəliyyəti” nəticəsində MnSK-ın formalaşmasına belə başlanılmamışdır. MnSK-ın formalaşmasına başlamamağın yeganə səbəbio isə Ümid Partiyası nümayədələrinin bu Seçki Dairəsinin MnSK-da təmsil olunmasına problem yaradmaqdır.

Taleh Əliyev daha sonra bildirdi ki, Mübahir Nəsirov Seçki Məcəlləsinin tələblərini pozaraq, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Ümid Partiyası nümayədələrinin bu Seçki Dairəsinin MnSK-da təmsil olunmasına problem yaratmaqa davam etsə biz onu məhkəməyə verəcəyik. Mən Mübahir Nəsirovu çox yaxşı tanıyıram və onun necə adam olduğunuda çox yaxşı bilirəm.