“Ümid” Partiyası seçkilərə qatılır

“Ümid” Partiyası seçkilərə qatılır
Oxunma sayı: 810

Yaponiyada parlamentin aşağı palatasına seçkilər yaxınlaşmaq üzrədir. 

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, rəsmi olaraq seçki kampaniyası oktyabrın 10-da başalayacaq, oktyabrın 22-də isə seçkilər keçiriləcək.

Seçicilər çox da sadə olmayan seçim qarşısındadırlar. Belə ki, onlar ya Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi koalisiyalı hökumətə başladığı işi davam etdirmək, ya da Tokionun qubernatoru Yuriko Koikenin yeni yaratdığı partiyaya hakimiyyəti ələ almaq imkanı yaratmalıdırlar.

Oktyabrın 3-də Y.Koikenin rəhbərlik etdiyi “Ümid” partiyası ilk namizədlərinin adını açıqlayıb. Y.Koike bəyan edib ki, onun rəhbərlik etdiyi partiya parlamentdə ən azı 233 yer götürmək niyyətindədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi