Ümid Partiyasından dünyasını dəyişən hərbçilərlə bağlı təklif

umid-partiyasindan-dunyasini-deyisen-herbcilerle-bagli-teklif
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, bunu “Yeni Müsavat”a açıqlamasında Ümid Partiyası sədrinin ictimaiyətlə əlaqələr üzrə müavini Aynura İmranova deyib. Onun sözlərinə görə, yalnız erməni gülləsindən həlak olan hərbi qulluqçulara deyil, xidmətdə olarkən bədbəxt hadisə nəticəsində, hətta intihar edən əsgərlərə bu status şamil olunmalıdır: “Biz hesab edirik ki, maddi təminat erməni gülləsindən şəhid olanlara verilməlidir. Digərlər səbəblərdən dünyasını dəyişənlərə şamil olunmaya bilər. Amma onlara da şəhidlik statusu verilməlidir. Necə ki, Türkiyə ordusunda bu qaydalar mövcuddur”.

Bu məslənin neçə illərdir qaldırıldğını, amma heç bir nəticə olmadığını deyən A. İmranova vurğulayıb ki, bunun mənfi nəticələri müşahidə edilir: “Əgər əsgər intihar edibsə, bunu onun psixoloji problemi olması ilə əlaqələndirib üstündən ötürlər. Əgər psixoloji problemi olubsa, onu niyə orduya aparıblar? Əgər sağlam aparılıbsa, orada onun hansı şərait üzündən psixikası pozulub və intihar edib? Heç bir ana övladını intihar etmək üçün böyütmür və orduya da bunun üçün göndərmir”.

Açıqlamasında üç zabitin kazarma tikintisi məsləsi ilə bağlı prezidentə müraciətinə də toxunana A. İmranova bildirib ki, belə neqativ hallar Ümid Partiyasının narahtlığına səbəb olur: “Biz həmin zabitlərin taleyindən narahatıq, onların başına müxtəlif hadisələr gətirilə bilər. Dünən isə başqa bir məlumat üzə çıxdı ki, orduda bir çavuşun boynu sındırılıb. Bizim yuxarıda qeyd edilən təklifimizin bir səbəbi də bu kimi halların qarşısının alınmasına, zabitlərin həyat təminatına hesablanıb. Biz eyni zamanda hesab edirik ki, baş verənlərlə bağlı Səfər Əbiyev istefaya getməlidir. Ali Baş Komandan ordudakı bu vəziyyəti nəzarətə götürüb ciddi araşdırmalar aparılmasına göstəriş verməlidir”

Fatimə Kərimli