Ümid təbrik etdi

umid-tebrik-etdi
Oxunma sayı: 662

Könül Quliyeva: Qardaşlığın, sevginin, barışın, ümidin doğulduğu bu müqəddəs ayda siyasi və vicdan məhbuslarının əhv edilməsi, doğmalarına qovuşması ədalətli addım oardı!

Bütün Müsəlmanları və xalqımızı Müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edən Ümid Partiyası Qadınlar Təşkilatının sədri Könül Quliyeva qeyd edib ki, On bir ayın sultanı, Müqəddəs Ramazan ayının gəlişi münasibətilə bütün müsəlman bacı və qardaşlarımızı təbrik edir, can sağlığı, ruzi-bərəkət, sülh və əmin-amanlıq arzulayırıq. Bu müqəddəs ayın millətimizə, islam dünyasına, insanlığa xeyir gətirməsini uca Allahımızdan diləyirik. Arzu edirik ki, tezliklə xalqımızın xoşbəxt və firavan yaşamasının, torpaqlarımızın azadlığının və qələbə gününün qeyd edilməsinin şahidi olaq.

Qardaşlığın, sevginin, barışın, ümidin doğduğu bu ayda, bütün insanlar bir-biri ilə daha mehriban, qardaşlıq və dostluq içində olmalı, cəmiyyəti narahat edən problemlərin həllinə səy göstərməlidir. Bu gün ölkəmizin zəngin yeraltı və yerüstü sərvətlərinin olmasına baxmayaraq, günü-gündən artan sosial-iqtisadi çətinliklər, insan hüquq və azadlıqlarının pozulmasının davam etməsi insanlarda mənəvi-psixoloji problemlər yaradıb, cəmiyyətdə bir gərginlik mövcuddur. Bu problemlərin biri də əqidəsinə görə insanların təqib olunması və həbs olunmasıdır.

Könül xanım qeyd edib ki, Ümid partiyası Qadınlar Təşkilatı olaraq, istərdik ki, Müqəddəs Ramazan ayının başlanması münasibətilə siyasi və vicdan məhbuslarına əhv çıxarılsın. Vicdan və siyasi məhbus hesab edilən şəxslərin azad edilməsi növbəti ədalətli addım olardı.