“Ümid Yeri” yenidən təmir olundu

umid-yeri-yeniden-temir-olundu
Oxunma sayı: 720


“Qafqazinfoya daxil olan məlumata görə, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır.

Azercell-in uşaqlara göstərdiyi qayğının ən böyük göstəricisi “Ümid Yeri” Uşaq Sığınacağına dəstəyidir. Şirkət 1997-ci ildən etibarən bu sığınacaqda məskunlaşan uşaqalara diqqət və qayğısını əsirgəmir. Məhz Azercell-in dəstəyi ilə ötən 17 ildə “Ümid yeri” sığınacağında minlərlə uşaq böyüyüb, normal həyata qaytarılıb. Bu günərdə isə Azercell “Ümid Yeri” Uşaq Sığınacağında məskunlaşan uşaqalara daha bir sevinc bəxş edib. Belə ki,  Binə qəsəbəsində yerləşən buna Azercell tərərfindən əsaslı təmir olunub. Azercell Şirkətinin nümayəndələri tərəfindən bu gün açılışı olan bina müasir standartlara uyğun, uşaqaların zövqünü oxşayacaq formada təmir edilib.

Məlumat üçün bildirək ki,  Azercell-in dəstəyi ilə indiyə qədər bu yöndə onlarla layihə hayata keçirilib. Bu layihələr sırasında “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm müsəbiqəsini, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...” , Mobil Diş Klinikası, Uşaq Qaynar xətti, Mobil Göz Klinikası layihələrini misal göstərmək olar. Məlumat üçün bildirək ki, indiyə qədər Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 14 milyon manatdan artıq həcmdə vəsait sərf edib. Şirkət həyata keçirdiyi sosial layihələrə görə dəfələrlə həm ölkəmizdə, həm də beynəlxalq arenada mükafatlandırılıb. Onu da qeyd edək ki, ilk dəfə məhz Azercell 2007-cı ildə “İlin Korporativ Sosial Məsuliyyətli” şirkəti seçilib, bundan sonra isə hər il sosial məsuliyyətlə bağlı mükafatlara layiq görülüb. Şirkətin gördüyü və görəcəyi işlər bununla bitmir. “Azərbaycanın qürur duyacağı şirkət” olmağı qarşısına məqsəd qoyan Azercell sosial layihələrinə “davam” deyir.