Ümüd Burnunda Azərbaycan bayrağı

umud-burnunda-azerbaycan-bayragi
Oxunma sayı: 649

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, gün ərzində çoxsaylı turist və yerli əhali tərəfindən ziyarət edilən sözügedən ərazinin giriş meydanında dünyanın bir çox ölkələrinin bayraqları asılmaqdadır və qeyd edilən meydanda Azərbaycan bayrağıda qaldırılmışdır. Həmçinin bildirmək istərdik ki, hal hazırda ərazidə asılan bayraqlar arasında Cənubi Qafqaz ölkələrindən yeganə olaraq Azərbaycan bayrağı mövcuddur.

Qeyd etmək istərdik ki, meydanda yer az olduğundan bayraqlar hər gün dəyişdirilir və orta sayla Azərbaycan bayrağı meydanda həftədə bir gün asılacaqdır.