Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri seçilib

umumdunya-sehiyye-teskilatinin-yeni-rehberi-secilib
Oxunma sayı: 659

Efiopiyanın namizədi Tedros Adanom Qebreisus  Ümumdünya Səhiyyə Təşkilatının yeni baş direktoru vəzifəsinə seçilib.  

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, səsvermə çərşənbə axşamı Cenevrədə keçirilib. Təşkilata olan üzvlük borcları səbəbindən Ukrayna, Komor adaları, Mərkəzi Afrika Respublikası və Somali səsverməyə buraxılmayıblar. 

 Səsvermədə əsas mübarizə Böyük Britaniyanın namizədi Devid Naborro ilə Efiopiyanın namizədi Tedos Adanom Qebreisus arasında olub. 133 səs toplayan Tedos rəsmi olaraq iyulun 1-dən vəzifəsinin icrasına başlayacaq. O, 2005-2012-ci illərdə Efiopiyanın səhiyyə naziri vəzifəsində çalışıb.