Ümumi daxili məhsulun istehsalında artım olub

Ümumi daxili məhsulun istehsalında artım olub
Oxunma sayı: 380

2018-ci ilin yanvar ayında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz artaraq 6049,5 milyon manat təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəssinin hesablamalarına görə, ÜDM istehsalının 48,4 faizi sənayenin, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6,0 faizi tikintinin, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil edib.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artıb, neft bölməsində isə 0,5 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi