“Ümumi marağımız odur ki, müharibə olmasın”

umumi-maragimiz-odur-ki-muharibe-olmasin
Oxunma sayı: 707

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Amerikanın Rusiyadakı səfirliyində keçirilən brifinq zamanı ATƏT-in amerikalı həmsədri Robert Bradtke deyib. Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin bu gün keçiriləcək Kazan görüşü ilə bağlı danışan Bradke bu görüşü 2001-ci ildən bəri davam edən danışıq prosesində ən əhəmiyyətli mərhələ adlandırıb.

Amerikalı həmsədr ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovil bəyanatı ilə bağlı deyib ki, baza prinsipləri sülh razılaşması deyil: ”Bu 14 bənddən, 5,5 səhifədən ibarət çərçivə sənədidir ki, münaqişə tərəfləri üçün danışıqlar aparmaq və münaqişənin nizama salınmasına nail olmaq üçün göstərişdir”. Bradkenin sözlərinə görə, bu, son sülh razılaşmasının nailiyyəti üçün əhəmiyyətli məsələləri rəsmiləşdirmək üçün nazirlərə göstərişlərdir.

Həmsədr bildirib ki, indi növbəti məsələ dayanır - tərəflər nizama salma prinsiplərini qəbul etməli və növbəti mərhələyə keçmək üçün siyasi iradə nümayiş etdirməlidirlər: “Bizim ümumi marağımız odur ki, müharibə olmasın. Biz ruslar və fransızlarla o məsələdə həmrəyik ki, alternativ sülh nizamlanması yoxdur”.

Nərgiz Ehlamqızı