Ümummilli lider Bakı Avrasiya Universitetində anıldı

umummilli-lider-baki-avrasiya-universitetinde-anildi
Oxunma sayı: 1727

Görkəmli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü Bakı Avrasiya Universitetində böyük ehtiramla qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, bugün səhər saatlarında Bakı Avrasiya Universitetinin professor və müəllim heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı  ziyarət edib, məzarı önünə gül dəstələri düzərək onun xatirəsini yad ediblər. Universitetin Ümumi İşlər üzrə prorektoru Günhan Hüseynlinin rəhbərliyi ilə Fəxri Xiyabandakı ziyarətdən sonra tədbir universitetin akt zalında davam etdirlib. Bir dəqiqəlik sükutla başlayan tədbiri açıq elan edən universitetin Elm və Xarici Əlaqələr üzrə Prorektoru, siyasi elmlər doktoru Səyavuş Qasımlı, ilk öncə universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin salamlarını qonaqlara çatdırdı və Ulu Öndər Heydər Əliyev haqqında xatirlələrini bölüşdü. Xatırladaq ki, tədbirdə  Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də iştirak ediblər.

Prorektor Səyavuş Qasımlı Ulu Öndər haqqında çıxışını yekunlaşdırdıqdan sonra sözü İradə Mahmudovaya verdi. İradə xanım bildirdi ki, bugün xalqımız öz  liderini unutmayıb, onu yad edir və ürəklərdə yaşadır. Hələ 1994-cü ilin 20 sentyabrında Azərbaycan iqtisadiyyatına böyük tövhələr verən “Əsrin müqaviləsi”nin imzalanmasının səbəbkarı kimi Ümummilli lider Heydər Əliyev hər zaman yaddaşlarda qalacaq.

Çıxış edən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri, Təmraz Tağıyev, Ulu Öndər haqqında fikirlərini səsləndirərək bildirdi ki, mütəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqına həsr edən Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü vətənimizin hər bir guşəsində soydaşlarımızın yaşadıqları bütün ölkələrdə dərin kədər hissi ilə yad edilir. Azərbaycan tarixinin tale yüklü hadisələrlə zəngin 30 ildən artıq bir dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə də, Ulu Öndər Heydər Əliyev daim doğma vətəninə, xalqına, sonsuz məhəbbət hissi, qurub yaratmaq amalı ilə yaşadı və həmişə milli maraqların müdafiəçisi və təminatçısı oldu. Onun hər bir addımı vətənə, xalqa fədakar xidmətinin bariz nümunəsi idi. Hələ sərt sovet rejimi dövründə o, heç bir çətinliyə və maneə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərdi və fəaliyyəti sayəsində, müasir, müstəqil, çiçəklənən dövlətimizin təməlini qoydu. Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının tarixində və tale yüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanan, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi, bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiya etməklə bərabər, fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz lider kimi təsdiq etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Milli lider və xalq məhəbbətini qazanan Öndər kimi qaldı. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci bir şəxs mümükün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, güvənc yerimiz, qürur duyduğumuz böyük Azərbaycanlı idi.