UNEC tələbələri AccessBankda

unec-telebeleri-accessbankda
Oxunma sayı: 1054

AccessBank-ın dəstəyi ilə reallaşdırılan "UNEC Conversation Club" layihəsi uğurla davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, tələbələrə ingilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihə çərçivəsində AccessBank-ın Beynəlxalq əlaqələr departamentinin direktoru Fəridə Pirverdiyeva "UNEC Conversation Club" iştirakçılarına öz sahəsinə dair bankda gedən proseslərdən danışıb və onların suallarını cavablandırıb.

Departament direktoru AccessBank ilə beynəlxalq maliyyə institutları, reytinq təşkilatları ilə əməkdaşlıqdan danışıb. "Digər sahələr kimi, beynəlxalq əlaqələr də bankımız üçün olduqca mühümdür. Bilirsiniz ki, AccessBank 100% xarici kapitallı bankdır və bu baxımdan beynəlxalq əlaqələr departamentinin işi həcmini təsəvvür etmək çətin deyil. İldən-ilə biz beynəlxalq münasibətlərimizi genişləndiririk, xarici tərəfdaşlarımızın sayını artırırq. Təbii ki, bunun kökündə AccessBank-ın etibarlı, Avropa standartlarına uyğun fəaliyyət göstərən bank olmasıdır. Digər tərəfdən, sözsüz ki, beynəlxalq tərəfdaşlarımızın sayının artması AccessBank-a da çox böyük fayda verir, imicimizə müsbət təsir edir", - deyə F. Pirverdiyeva qeyd edib.

Bankların beynəlxalq əlaqələrinin qurulması və inkişaf etdirilməsi tələbələr tərəfindən maraqla qarşılanıb. Layihə iştirakçıları keçirilən görüşdən yeni biliklər əldə etdiklərini bildirdilər. Bununla yanaşı, UNEC tələbələri bu mövzuda daha bir seminarın təşkil olunmasını təklif etdilər.

Qeyd edək ki, AccessBank-ın dəstəyi ilə start götürən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənir. Seminarı müvəffəqiyyətlə bitirən tələbələr bank tərəfindən mükafatlandırılacaq.