Unibank-dan hədiyyəniz Chrysler olsun!

unibank-dan-hediyyeniz-chrysler-olsun
Oxunma sayı: 823


Bankın “Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!” adlı tirajlı stimullaşdırıcı lotereyası çərçivəsində mayın 20-dən avqustun 31-dək Unibankda depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.

Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.

Unibank müxtəlif əmanət növləri təklif etməklə, müştərilərə seçim imkanları verir. Unibankda depozitlər maksimal 15.7%-lə və ən çoxu 36 aylıq müddətədir. Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 10% təşkil edir. Əgər müştəri istəyərsə “Müddətli” əmanət növü üzrə 10 %-dən yuxarı və ya illik 10%-lə əmanət növü aça bilər.

Kampaniya haqqında haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.