Unibank: DEG-lə əməkdaşlıqda yeni mərhələ

unibank-deg-le-emekdasliqda-yeni-merhele
Oxunma sayı: 709


Müqavilənin yenidən uzadılması sənədinə “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov və DEG-in İdarə Heyətinin üzvü Filip Kreutz imza atıblar.

“Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, DEG 2005-ci ildən bankın səhmdarıdır, Unibankın səhmdarları və bankın kollektivi bu əməkdaşlıqdan məmnundur:

“DEG tərəfindən bankımıza ayrılan vəsaitlər hesabına yüzlərlə biznes layihələri maliyyələşdirilib. 2009-2010-cu illərdə dünyada maliyyə böhranı yüksək nöqtəsinə çatan zamanda DEG başqa partnyorlarla bərabər Unibanka etibar edib, bizə böyük həcmdə dəstək verib. Zaman onu göstərdi ki, bizim seçdiyimiz strategiya doğrudur və bugünkü əməkdaşlığımıza nail ola bilmişik. Yeni müqavilə üzrə cəlb edilən vəsaiti Unibankın təsdiq etdiyi strategiya çərçivəsində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldəcəyik. Bu uzunmüddətli vəsaitlərdir. Ümid edirəm ki, 1 və ya 2 ildən bir belə mühüm layihələr həyata keçirəcəyik”.

DEG-in İdarə Heyətinin üzvü Filip Kreutz da bildirib ki, prioritetimiz uzunmüddətli əməkdaşlıqdır və Unibankla qarşılıqlı fəaliyyətimizin davamına görə, məmnunuq:

“ Etibarlı tərəfdaş kimi, DEG Unibank-ı nəynki uzunmüddətli maliyyələşdirmə ilə, həmçinin məsul məsləhətləri ilə təmin edir. Subordinasiyalı kreditin müddətinin uzadılması Unibankın nizamnamə kapitalı bazasının möhkəmləndirilməsinə və daha da inkişafına imkan yaradacaq. Uzunmüddətli təcrübəyə əsaslanaraq, maliyyə sektorunda diversifikasiya və daha da professionallığın təşviq etmək niyyətindəyik. Ümid edirik, Unibankla etibarlı və konstruktiv əməkdaşlığımız davam edəcək”.

DEG 2005-ci ildən “Unibank” ASC-nin səhmdarlarından biridir. DEG bankın səhmlərinin 8,33 %-nin sahibidir.

Qeyd edək ki, bu il Unibankın beynəlxalq maliyyə qurumları ilə daha bir neçə müqavilə imzalaması nəzərdə tutulur.